Ajans.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.