AZ

Xırdalanda qaydalar tərsinə işləyir: Piyada maşına yol verir VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü piyadaya təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 77-XZ-462 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü keçidə piyadanın daxil olduğunu görsə də dayanmayıb. Əksinə piyada piyada məcburən addımlarını yavaşıdıb və avtomobilin keçib getməsinə şərait yaradıb.

Qeyd edək ki, Xırdalan şəhərində bu kimi hallar tez-tez müşahidə olunur. Bir çox sürücülər keçidlərdə qaydaları pozaraq piyadalara üstünlük vermirlər ki, bu da hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi risk yaradır.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
avtosfer.az

1Mənbələr