AZ

“Ötən mövsümdən, çempion komandadan 8-10 futbolçunu heyətdə saxladıq” – gözəl ailə qurub…

Ötən mövsüm Region Liqasında bütün rəqiblərini üstələyərək çempion olan “Xankəndi”də daha bir müqavilə imzalanıb.

Qarabağ təmsilçisi baş məşqçi İbrahim Uzunca ilə müqaviləni birilliyə yeniləyib. “Football-plus.az” türkiyəli mütəxəssislə əlaqə saxlayıb. Həmçinin maraqlıdı, niyə məhz bir il?
“Mən müqavilələrimi, adətən, birillik edirəm. Həm özümü, həm də komandamı düşünürəm. Hər mövsümün sonunda təkrar oturub danışmaq daha məsləhətlidi. Ötən mövsümdən, çempion komandadan 8-10 futbolçunu heyətdə saxladıq. Yeni transferlərimiz də üst səviyyəlidi. Gözəl ailə qurmuşuq. Hədəfimiz bu mövsüm də çempionluqdu. Yoxlama oyunlarında da yaxşı nəticələr göstərdik. Xankəndinin adı ən gözəl yerlərdə olmalıdı. İlk oyunumuz “Dinamo”ya qarşıdı. Bu oyuna köklənmişik. Qələbə ilə başlasaq, çempionluq da gələr. Rəhbərliyə, futbolçulara - hamıya güvənirik. Gələn mövsüm də 1-ci liqadan elitaya yüksəlməyə çalışacağıq”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
33
football-plus.az

1Mənbələr