AZ

SOCAR yaxın zamanda Bolqarıstanda qazpaylama layihəsi üzrə ikinci yerə yüksəlmək niyyətindədir - Murad Heydərov (ÖZƏL)

Bakı. Trend:

Azərbaycanın dövlət neft şirkəti SOCAR hazırda Bolqarıstanda ikiqazpaylama layihəsini həyata keçirir.

Bunu Trend-əverdiyi özəl müsahibədə SOCAR-ın Balkanlardakı regional ofisininrəhbəri Murad Heydərov bildirib.

O qeyd edib ki, SOCAR Bolqarıstana qazın əsastədarükçüsüdür.

“Ötən il rekord göstəriciyə nail olmuşuq: ölkənin daxili qazbazarında bizim payımız təqribən 60 faiz təşkil edib. Buna həm“Azerbaijan Gas Supply Company”, həm də SOCAR xətti ilə həyatakeçirilən tədarüklər daxildir. Ümumilikdə Bolqarıstana tədarüklərinhəcmi ötən il az qala 2 milyard kubmetr təşkil edib.

Təbii ki, Bolqarıstan bizim üçün xüsusi maraq kəsb edir.Birincisi, ölkə Yunanıstan-Bolqarıstan İnterkonnektor (IGB) xəttivasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. İkincisi, coğrafimövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsindəBolqarıstan tranzit ölkə kimi çox vacib rol oynayır. BizBolqarıstan qaz nəqliyyat sistemindən qazımızı həm Balkanregionuna, həm də Şərqi Avropanın digər ölkələrinə çatdırmaq üçünistifadə edirik”, – deyə o bildirib.

M.Heydərov əlavə edib ki, şirkət, o cümlədən, Bolqarıstanərazisi vasitəsilə tədarük coğrafiyasını genişləndirir. “Bizim"Bulgartansgaz" şirkəti ilə çox uğurlu əməkdaşlığımız var. Bizqazımızı, həmçinin, Balkan qaz habına da çatdırırıq. Bu hab qazsektorunda çox stabil əməliyyat platforması kimi tanınıb”, – deyə oqeyd edib.

O vurğulayıb ki, SOCAR yalnız topdan qaz tədarükü iləməhdudlaşmır, həm də birbaşa qaz istehlakçılarına yönəlir.

"Bu baxımdan, mən hazırda həyata keçirdiyimiz iki layihəni qeydetmək istərdim. Birincisi – Panaqyurişte şəhərində qazpaylamaşəbəkəsinin qurulmasıdır. Əslində, söhbət bu şəhərin və bölgədəfəaliyyət göstərən sənaye müəssisələrinin qazlaşdırılmasındangedir. Bizim tərəfdaşımız "Asarel Energy" şirkətidir – Avropanın əniri mədənçilik şirkətlərindən biridir. Onların bu şəhərdə müvafiqinfrastrukturu mövcuddur. "Asarel Energy" ilə birlikdə biz buşəhərdəki bütün sənaye müəssisələrinə, o cümlədən, “AsarelEnergy”nin müəssisələrinə və digər müştərilərə - buraya bələdiyyətəşkilatları və ev təsərrüfatları da daxildir - qaz tədarükedəcəyik”, - deyə o bildirib.

M.Heydərovun sözlərinə görə, digər qazpaylama layihəsi “hibridqazlaşdırma” layihəsidir.

“Bu layihə ölkənin "Bulgartansgaz" şəbəkəsi ilə əlaqəsi olmayanregionlara qazın çatdırılmasını nəzərdə tutur. Məlumdur ki,Bolqarıstan Avropa İttifaqında qazlaşdırma göstəricisi çox aşağıolan ölkələrdəndir. Orada hələ "Bulgartansgaz" şəbəkəsininçatmadığı ucqar bölgələr mövcuddur. Buna görə də sıxılmış qaz (CNG)xüsusi nəqliyyat vasitələri ilə bu bölgələrə çatdırılır.

Hazırda bu layihəni "M-Gaz" şirkəti ilə birgə həyata keçiririk.Bizim kifayət qədər ambisiyalı planlarımız var. Əgər bu planlargerçəkləşərsə, Bolqarıstanda qazpaylama üzrə ikinci yerə çıxabilərik. SOCAR – Bolqarıstanda topdan qaz tədarükçüləri arasındabirincidir və yaxın iki il ərzində qazpaylama sahəsində ikinci yerəyüksəlməyi planlaşdırır”, - deyə o bildirib.

SOCAR Balkan rəhbəri, həmçinin, şirkətin Bolqarıstanda neftməhsulları bazarındakı kommersiya mövqelərinin genişləndirilməsinində vacib istiqamət olduğunu qeyd edib.

“Bu kifayət qədər mürəkkəb vəzifədir, çünki burada "LUKOIL"şirkətinin neft emalı zavodu fəaliyyət göstərir və böyük rəqabətmövcuddur. Buna baxmayaraq, müəyyən perspektivlər var. Biz bununüzərində işləyirik və müəyyən nəticələr əldə etmişik. Ona görə dəneft məhsulları bazarında mövqelərin genişləndirilməsi işimizinciddi istiqamətlərindən biridir”, - deyə M.Heydərov əlavə edib.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr