AZ

“Tesla” robot taksi sifarişi üçün tətbiqə girişi açıb

Bakı. Trend:

“Tesla” kompaniyası “Robotaxi” sifarişi üçün istifadə olunacaqtətbiqi geniş istifadəçilərə təqdim edib.

Trend xəbərverir ki, ABŞ-nin elektrik avtomobilləri istehsalçısı bu barədəözünün sosial media hesabında məlumat yayıb.

Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatınınOstin şəhərində işə salıb. Xidmət həmin dövrdən bəri yalnız məhdudsayda investorlar və inflüenserlər üçün əlçatan olub. Hazırda“Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi“Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom“Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanmamərhələsindədir.

“Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi”xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edəbiləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, həttaböyüklərin müşayiəti ilə olsa belə minməsinə icazəverilməyəcək.

Seçilən
31
5
az.trend.az

7Mənbələr