Uzaq Şərq regionunun inkişafı Rusiya Federasiyasının milli prioritetlərindən biridir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq Federal Dairəsinin yanacaq-energetika kompleksinin inkişafına dair müşavirədə bildirib.
"Vurğulamaq istərdim ki, Uzaq Şərqin sürətli inkişafı, əlbəttə ki, bizim milli prioritetimizdir", - Rusiya lideri bildirib.
Onun sözlərinə görə, iqtisadi artım tempini yüksəltməyi unutmadan rayonun rəqabət üstünlükləri və potensialı maksimum inkişaf etdirilməlidir.