AZ

Fəaliyyəti olmayan şirkət - LƏĞV OLUNUR - TOPLANTI

22.10.2025-ci il tarixdə, saat 11:00-da “Azərşin”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında (“Azərşin”ASC-nin inzibati binası) baş tutacaq.

 İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Azərşin” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi;

3. “Azərşin”ASC-nin fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirəsi;

4. Cəmiyyətin ləğvi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunması və səlahiyyətlərin verilməsi;

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. 

Əlaqə telefonu: (055) 415-90-26

Seçilən
77
1
fed.az

2Mənbələr