AZ

Sahib Məmmədov: “... hələ də Qarabağı ayrıca subyekt kimi göstərir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyasının (USCIRF) son hesabatına münasibət bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, sənəddə Azərbaycanın guya erməni dini obyektlərini dağıtması ilə bağlı saxta məlumatlar yer alıb. Əlavə olaraq, USCIRF hesabatda bölgəni “Dağlıq Qarabağ və onun ətrafındakı dini obyektlər” adlandırmaqla hələ də Qarabağı ayrıca subyekt kimi göstərməkdə davam edir:

"Bu yanlış yanaşmaya qarşı etiraz edilməməsi təəccüb doğurur. Rusiya mediası Xankəndini Stepanakert adlandıranda haqlı olaraq etiraz etdik və nəticədə səhv düzəldildi. Amma bu məsələdə vətənşüvənlərdən səs çıxmadı. USCIRF bir neçə il öncə Azərbaycan məktəblərində gizli layihələr həyata keçirməyə çalışıb və məqsəd uşaqlarda dini parçalanma və təriqətçilik hisslərini gücləndirmək olub".

 

Pərvanə Fərhadqızı

Seçilən
140
qht.az

1Mənbələr