Rusiya cavab tədbiri olaraq Estoniyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sentyabrın 4-də Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhtegini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Tallindəki Rusiya diplomatik nümayəndəliyinin diplomatının "persona non-grata" elan edilməsindən sonra qəti etiraz bildirilib.
"Qarşılıqlılıq prinsipinə əsaslanaraq, Rusiya tərəfi Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan qovulduğunu elan edib. Estoniya tərəfinə Tallinin istənilən düşmənçilik hərəkətinin cavabsız qalmayacağı da bildirilib", - Rusiya XİN-dən bildirilib.
Xatırladaq ki, avqustun 13-də Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin birinci katibini Estoniya dövlətinin “konstitusiya quruluşunun və hüquq sisteminin sarsıdılmasında iştirak etdiyi” üçün ölkədən çıxardığını elan edib . Eyni zamanda Estoniya Xarici İşlər Nazirliyi Rusiya diplomatik missiyasını ölkənin daxili işlərinə qarışmağı dayandırmağa çağırıb.
Nurlana ƏhmədovaMissiya.Az