Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze belə deyib. “Biz öz siyasətimizlə, baxışlarımızla ölkəmizi qoruyur və elə siyasət yeridirik ki, ilk növbədə vətənimizin maraqları qorunsun. Biz heç kimə imkan verməyəcəyik ki, bizim ölkədən Ukraynadan istifadə olunduğu kimi istifadə etsin və təəssüf ki, Ukraynanın üzləşdiyi ağır nəticələr Grcüstanda da yaşansın”, - Gürcüstan paytaxtının rəhbəri vurğulayıb. Kaladze bildirib ki, əvvəllər Gürcüstanın Rusiya ilə müharibəyə cəlb olunmasına çalışılıb. Onun sözlərinə görə, Ukrayna ilə yanaşı Gürcüstanın da xaricdən veriləcək müxtəlif silahlarla Rusiyaya qarşı ikinci cəbhə açması üçün ölkənin baş naziri və hakim partiyanın sədri İrakli Kobaxidze birbaşa təhdidlər alıb. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.