AZ

Qəzada ölən gəncin atası: Biraz da geridə qalanları düşünün!

Qəzada ölən gəncin atası: Biraz da geridə qalanları düşünün!

Xəbər verdiyimiz kimi, Kürdəmir Peşə Liseyinin əməkdaşı Rüstəm İsmiyev yol qəzası nəticəsində dünyasını dəyişib. Sosial şəbəkələrdə onun görüntüləri yayılıb. Rüstəmin dostları bildiriblər ki, o, həmişə maşını sürətli sürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkə hesabında bununla bağlı çağırış edib. O, maşını sürətlə idarə edənlərə xəbərdarlıq edərək bildirib ki, sürət böyük təhlükədir və sürətə aludə olanların sonu ağır faciələrlə nəticələnir. Onlardan biri də Rüstəmdir.

Elşad Hacıyevin paylaşımına həmin gəncin atası Şahin İsmiyev də şərh yazıb: “Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə?! Adrenalin? Bir az da valideynləri, geridə qalanları düşünün”.

Elşad Hacıyev isə Rüstəmin atasına başsağlığı verərək kədərləndiyini qeyd edib. Eyni zamanda, digər insanların da sürət həddini aşaraq həyatlarını itirməməsi üçün bu məlumatın daha geniş yayılmasına çağırış edib.

Seçilən
52
1
afn.az

2Mənbələr