AZ

ABŞ-a xəbərdarlıq: Çin, Rusiya və Şimali Koreya əməkdaşlığı güclənir

Pekində keçirilən hərbi paraddan sonra Moskva, Pxenyan və Pekin arasında silah, komplektasiya və hərbi yardım məsələlərində tam anlaşmanın mövcud olduğu aydın şəkildə göründü.

Editor.az xəbər verir ki, bu barədə ukraynalı diplomat və siyasətçi Roman Bessmertnı OBOZ.UA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, parad yeni “üçlüyün” – Çin lideri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın sıx əməkdaşlıq etdiyini nümayiş etdirdi.

“Burada Kimə xüsusi rol verilməsinin səbəbi odur ki, Şimali Koreya Rusiyaya silah göndərir, hətta hərbçilər də yollayır. Bu, əslində əsas göstəricidir. Bir çoxları Kim ordusunu göndərən zaman Si Cinpinin narazı olduğunu yazırdı, amma mən şəxsən ondan konkret bəyanat görməmişəm”, – deyə Bessmertnı vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
61
editor.az

1Mənbələr