AZ

“Sabah”ın futbolçusu millidə qol vurdu

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Özbəkistan U-23 millisinin heyətində Asiya Kubokunun seçmə mərhələsində meydana çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Şri-Lankaya qarşı keçirilən görüşdə Özbəkistan 4:0 hesabı ilə qalib gəlib.

Raxmonaliyev də oyunda fərqlənib – o, 38-ci dəqiqədə komandasının qolunu vurub.

Qeyd edək ki, 22 yaşlı futbolçu yanvar ayından “Sabah”da çıxış edir.

 

Seçilən
100
idmanxeber.az

1Mənbələr