Azərbaycanın gənclər və idman naziri Fərid Qaibov Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarevi Bakıda keçiriləcək MDB Oyunlarına səfərə dəvət edib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Deqtyarev özü məlumat yayıb.
O bildirib: "Beynəlxalq formatlar ölkələrarası formatda inkişaf edir. Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya yola düşməyə hazırlaşır. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca verəcəyəm". Sezar pizza
III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.
Telegram kanalımız