Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş keçirib.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov yerli mediaya məlumat verib.
Nikiforovun sözlərinə görə, görüş artıq başa çatıb. Görüşdən sonra Zelenski ilə Tramp arasında birgə telefon danışığının keçirilməsi planlaşdırılır və yaxın vaxtlarda baş tutacaq.
//Samir Qurbanov, Editor.az