AZ

Paytaxtda yanğın: Zəhərlənən var

Nizami rayonunda yanğın hadisəsi baş verib.

News24.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 550 m² olan birmərtəbəli obyektin dam örtüyünün taxta atmaları 15 m² sahədə və bir otağına yığılan mallar 5 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Seçilən
119
18
news24.az

10Mənbələr