AZ

Portuqaliya millisinin heyətində dəyişiklik edildi

Portuqaliyanın U-21 yığmasında AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Barseloşda keçirəcəkləri B qrupunun oyunundan əvvəl dəyişiklik edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Dariu Essuquu məşq zamanı zədələnib.

Sıradan çıxan futbolçunun yerinə "Benfika"nın yarımmüdafiəçisi Joao Velosonun dəvət edildiyi bildirilib.

Portuqaliya - Azərbaycan oyunu sentyabrın 5-də "Sidad de Barseloş" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

"Cebheinfo.az" 

Seçilən
46
2
cebheinfo.az

5Mənbələr