AZ

Mərkəzi Bankla Çin Xalq Bankı arasında Anlaşma Memorandumu imzalandı

Mərkəzi Bank və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Seçilən
47
16
publika.az

10Mənbələr