Bakı, 4 sentyabr, AZƏRTAC
Dua, Həkim, Limanə, Almagül... Sadalananlar 2025-ci ildə uşaqlara qoyulan qəribə adlardır. Doğulan zaman körpələrə verilən bu adlar gələcəkdə onları gülüş hədəfinə çevirə, hətta onlar üçün psixoloji travma yarada bilər. Bəzi hallarda bu şəxslər adlarını dəyişmək istəsələr də, bu, bir o qədər də asan deyil. Ali Məhkəmə tərəfindən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul olunub. Qərara əsasən, ictimai maraqların qorunması məqsədilə ad və soyadların dəyişdirilməsinə məhdudiyyət qoyula bilər.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.