AZ

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Ajans.az xəbər verir ki, bu barədə Report-a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib. "Biz bir neçə yüksək səviyyəli görüşün və nümayəndə heyətlərinin görüşlərinin təşkili üzərində işləyirik. Hələ dəqiq tarixlərimiz və təsdiqlərimiz yoxdur, lakin biz bu istiqamətdə səylə çalışırıq", - R.Kraus bildirib. O, həmçinin vurğulayıb ki, bu, ilin sonunadək baş verə bilər.

"Ümid edirik ki, bu, ilin sonunadək baş verəcək. Biz münasibətlərin bütün aspektlərini, yəni ən yüksək səviyyədə, həmçinin biznes nümayəndə heyətləri səviyyəsində nəzərdən keçiririk", - səfir qeyd edib.

Seçilən
45
7
Ajans.az

10Mənbələr