AZ

Dünya şöhrətli modelyer Armani vəfat edib

Bakı. Trend:

Dünya şöhrətli italiyalı modelyer, onun adını daşıyan brendinqurucusu olan Corco Armani 91 yaşında vəfat edib.

Trend xəbər verirki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb

Corco Armani (tam adı Giorgio Armani) 1934-cü il 11 iyuldaİtaliyanın Piacenza şəhərində anadan olub.

O, əvvəlcə tibb təhsili alıb, lakin sonradan dəb sənayesinəmaraq göstərərək bu sahəyə yönəlib.

1975-ci ildə özünün “Giorgio Armani” brendini yaradıb və qısamüddətdə dünyanın ən nüfuzlu dizaynerlərindən birinə çevrilib.Armani zərif, minimalistik üslubu ilə tanınır və onunkolleksiyaları qlobal dəb dünyasında yüksək qiymətləndirilir.

Məqalədə:
Seçilən
166
az.trend.az

1Mənbələr