AZ

Kiyev "Dinamo"sunun sabiq futbolçusu Azərbaycan klubu ilə müqavilə bağladı -FOTO

Kiyev "Dinamo"sunun və "Araz-Naxçıvan"ın sabiq müdafiəçisi Mohammed Kadiri dünəndən düşərgəsində olduğu Azərbaycan klubu ilə müqavilə bağlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qanalı oyunçu 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə münasibətləri rəsmiləşdirib.

Afrikalı futbolçu 1 mövsümlük anlaşmaya imza atıb.

Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.

Mirağa 

Seçilən
76
fanat.az

1Mənbələr