AzVision.az xəbər verir ki, İtaliyanın “AGI” agentliyi bu barədə məlumat yayıb.
İtaliyalı modelyer və sahibkar Corco Armani “Giorgio Armani” dəb evinin yaradıcısıdır. Karyerasına 1960-cı illərdə “Nino Cerruti” şirkətində başlayan modelyer 1975-ci ildə öz brendini yaradıb və qısa zamanda dünya şöhrəti qazanıb.
Armani kişi və qadın modasında yenilikçi kimi sərt formalardan uzaqlaşaraq insanlara onun vizit kartına çevrilən lakonik, funksional üslub təklif etdi.
Vaxt keçdikcə onun şirkəti brend geyim, aksesuar, ətriyyat, interyer dizaynı və otel biznesini əhatə edən beynəlxalq konsernə çevrildi. Bu gün Armani adı minimalizm, zəriflik və qlobal dəb sənayesinə davamlı təsiri ilə əlaqələndirilir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta