AZ

Emosiyaları boğmaq, yoxsa yaşamaq – hansı sizi sağaldır?

Emosiyaları

NEWS.ru-ya danışan klinik psixoloq Yuliya Taribo bildirib ki, abüziv münasibətdən sonra sağalmanın ilk addımı zorakılıq faktını qəbul etməkdir. Onun sözlərinə görə, qurban emosiyalarını boğmamalıdır.“Qəbul edin ki, siz abüzə məruz qalmısınız – istər fiziki, istər emosional, istər psixoloji, istərsə də maliyyə formasında olsun. Bu, sizin günahınız deyil. Zorakılığın məsuliyyəti həmişə abüzerdədir. Özünüzə qəzəbi, kədəri, qorxunu, məyusluğu yaşamağa icazə verin. Onları boğmayın – içdən zəhərləyərlər,” – deyə ekspert vurğulayıb.Psixoloq həmçinin məsləhət görüb ki, insan özünü anlayan insanlarla ünsiyyət qursun – dostlarla, ailə ilə, terapevtlə və ya dəstək qrupları ilə. Onun sözlərinə görə, yaşananları danışmaq təklik hissini azaldır və bərpa üçün zəruri resurslar qazandırır.“Özünəinamınızı bərpa üzərində işləyin. Abüzerlər tez-tez manipulyasiya edir, tənqid edir, alçaldır və insanın özünə inamını sarsıdır. Kiçik addımlarla başlayın: sizə sevinc və zövq gətirən şeylər edin, nailiyyətlərinizi və güclü tərəflərinizi xatırlayın, bədəninizə və ruhunuza qayğı göstərin. Digərləri ilə ünsiyyətdə sərhədlər qoyun və ‘yox’ deməyi öyrənin,” – deyə psixoloq əlavə edib.Ulusum.az

Diqqət Çəkənlər

Qadınların “TikTok” və “Instagram” hesablarını sındıran şəxs saxlanıldı - VİDEO

DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Seçilən
57
ulusum.az

1Mənbələr