AZ

Azərbaycandan "JetBrains"lə əməkdaşlığa dair müraciətlər dail olub - Andrey İvanov

Bakı. Trend:

Azərbaycanda maraqlı tərəflərlə danışıqlar aparmağa davamedəcəyik.

Bu sözləri "JetBrains" şirkətinin İnsan resursları, tədqiqat vəinvestisiyalar üzrə baş vitse-prezidenti Andrey İvanov BeynəlxalqUniversitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) DünyaFinalı 2025 kuluarlarında Trend-ə açıqlamasında deyib.

O, təmsil etdiyi şirkət ilə Azərbaycan arasında gələcəkəməkdaşlıq barədə danışmağın hələ erkən olduğunu bildirib:

"Lakin düşünə biləcəyimiz və çox güman ki, edəcəyimiz əməkdaşlıqAzərbaycanın orta məktəb sistemi ilə ola bilər. Çünki bizim birneçə universitet layihəmiz var. Bremen şəhərindəki "ConstructorUniversity" tərəfdaşımızdır. Həmçinin, Pafosda bir universitetimizvar ki, hazırda orada müsabiqədə iştirak edir. Biz ən istedadlıuşaqları, yəni orta məktəbi bitirənləri bu universitetlərdə təhsilalmağa cəlb etməyə çalışırıq. Azərbaycan isə bu baxımdan çoxperspektivli ölkələrdən biridir. Beləliklə, bu mümkünəməkdaşlıqdır.

Bizə Azərbaycandan "JetBrains"lə əməkdaşlıq etmək üçün bir neçəmüraciətlər daxil olub. Amma yaxın müddətdə olmasa da, qarşıdakıdövrlərdə şirkətimizin Azərbaycana da qatqısının olmasınıistərdik".

O vurğulayıb ki, ümumiyyətlə, təhsil sisteminə kömək etmək üçünyerli tərəfdaş lazımdır:

"Çünki "JetBrains" nə edə bilər? "JetBrains" pul verə bilər,tədris materialları göndərə və eləcə də, müvafiq alətlər təqdim edəbilər. Bununla yanaşı, "JetBrains" ən istedadlı uşaqları bəzidüşərgələrimizə dəvət edə bilər. Amma bütün bunların gerçəkliyəçevrilməsi üçün bizə yerli tərəfdaş lazımdır".

"Biz açılış naharında Azərbaycan Mərkəzi Bankının nümayəndələriilə çox yaxşı söhbət etdik. Beləliklə, bu yaxşı əməkdaşlığınbaşlanğıcı ola bilər. Azərbaycanda maraqlı tərəflərlə danışıqlaraparmağa davam edəcəyik", - deyə Andrey İvanov fikriniyekunlaşdır

Seçilən
65
az.trend.az

1Mənbələr