AZ

NATO nun təlimlərinə görə bu şəhər susuz qalacaq

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO təlimləri İsveç şəhərini içməli su qıtlığı ilə üz-üzə qoya bilər.

Milli.Az xəbər verir ki, NATO-nun keçirəcəyi hərbi təlimlər səbəbilə İsveçin şimalında yerləşən Buden şəhərində içməli su qıtlığı yarana bilər.

Bu barədə SVT telekanalı məlumat yayıb.

Hazırda Budendə 28 min sakin yaşayır. Təlimlər zamanı şəhərə əlavə olaraq 25 min hərbçi yerləşdiriləcək. Şəhər kommunal planlaşdırma komitəsinin sədri Lena Qoldkyul bildirib ki, mövcud infrastruktur buna uyğun deyil.

"Biz hesab edirik ki, həm mülki əhali, həm də qarnizon üçün ehtiyat mənbələrə sahib olmalıyıq", - deyə o vurğulayıb.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
2
news.milli.az

3Mənbələr