Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bratislava, 4 sentyabr, Cavid Əliyev, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Fərid Qarayev təsəlliverici görüşdə İsraildən olan İsak Aşpizlə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən F.Qarayev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Daha əvvəl Məhəmməd Musayev (66 kiloqram) və Nihad Məmişov (60 kiloqram) finala vəsiqə qazanıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.