AZ

ADA Universiteti ICPC nin aparıcı iştirakçı universitetləri sırasına daxil olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 sentyabr, AZƏRTAC

ADA Universiteti Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) aparıcı iştirakçı universitetləri sırasına daxil olub.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Kolleclərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) Fondunun prezidenti Bill Pauçer “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, yekun reytinqdə 139 komanda yer alıb: “Lakin yadda saxlamaq vacibdir ki, burada olmaq hüququ uğrunda dünyanın 93 ölkəsindən 3300-dən çox universitetin 63 mindən artıq tələbəsi mübarizə aparıb. ADA Universiteti onların sırasına daxil olub. Onunla birlikdə Azərbaycanın bir neçə digər universiteti də buna nail olub”.

Bill Pauçer, həmçinin deyib ki, hər bir insan unikal və dəyərlidir, hər bir mədəniyyət isə təkrarolunmaz və qiymətlidir: “Bakı zəngin tarixə malik heyrətamiz şəhərdir, onun həyatını dəstəkləyən texnologiyalar isə təsirlidir. Bizə göstərdikləri qonaqpərvərlik həqiqətən heyranedicidir. Lakin daha mühüm bir amil də var: biz böyüyən, inkişaf edən, yaradan və rəqəmsal dövrə töhfə verən bir cəmiyyət görürük. Bizim üçün bu təcrübə həqiqətən dəyişdirici olur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
2
azertag.az

3Mənbələr