ABŞ Prezidenti Donald Tramp “Arzuedənlər koalisiyası”nın üzvləri ilə danışıqlarda onları Rusiya neftini almağı dayandırmağa çağırıb.
Missiya. Az "APA" ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi məlumat yayıb.
Ağ Ev rəsmisinin bildirdiyinə görə, Donald Tramp cümə axşamı günü Avropa liderlərinə bildirib ki, Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə kömək edən rus neftinin alınmasını dayandırmalıdır.