AZ

Toni Kroosdan Aleksander İsak barədə kinayəli sözlər

Almaniya millisinin keçmiş üzvü Toni Kroos Aleksander İsakın çox tanınmayan futbolçu olduğunu düşünür.

İdman.biz xəbər verir ki, transfer pəncərəsinin sonuncu günü hücumçu İsak “Nyukasl”dan “Liverpul”a 125 milyon funt-sterlinqə keçib və bu, Premyer Liqa tarixində yeni rekorddur.

"Podkast dinləyicilərimizin yarısı onun haqqında heç vaxt eşitməyib. Özünüz fikirləşin. Düzdür, çoxları onu “Borussiya”da olduğu vaxtdan tanıyır. Amma o vaxtlar onun xüsusi heç nə ilə fərqlənmirdi", - Kroos bildirib.

İdman.biz

Seçilən
140
1
idman.biz

4Mənbələr