AZ

Yol qəzasında xəsarət alan 8 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. 

Redaktor.az xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

- 1978-ci il təvəllüdlü Cəlal Nağıyev

- 1995-ci il təvəllüdlü Mirtofiq Cəfərov

- 1997-ci il təvəllüdlü Sevda Cəfərova

- 2022-ci il təvəllüdlü Ləman Hüseynova

- 2025-ci il təvəllüdlü Mənsumə Cəfərova

- 2016-cı il təvəllüdlü Mələk Cəfərova

- 2018-ci il təvəllüdlü Mirşahin Cəfərov

- 2019-cu il təvəllüdlü Mirkazım Cəfərovdur.

***

Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4 qadın, 4 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib. 

1978-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər yeddi şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib. 

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. 

"Mercedes" ilə "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində aralarında azyaşlılar da olmaqla, altı nəfər xəsarət alıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
71
1
redaktor.az

10Mənbələr