AZ

Putin ona general-leytenant rütbəsi verdi

Ajans.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib. "Rusiya Federasiyasının Prezidenti öz sərəncamı ilə əziz qardaşım, Çeçenistan Respublikası hökumətinin sədri Maqomed Daudova general-leytenant ali hərbi rütbəsi verib. Bu əlamətdar hadisə onun Vətənin rifahı naminə uzun illər fədakar və məqsədyönlü xidmətinin tanınması kimi xidmət edir. Maqomed Xojaxmedoviç çətin və böyük yol keçib", - deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, Daudov beynəlxalq terrorizmlə mübarizədə dəfələrlə cəsarət və qətiyyət nümayiş etdirib, həm regionun, həm də bütün ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verib.

Seçilən
13
3
Ajans.az

4Mənbələr