AZ

Qəzzada son 24 saatda 84 fələstinli həyatını itirib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İsrail ordusunun Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda son 24 saatda 84 fələstinli həyatını itirib.

525.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 84 nəfər ölüb, 338 nəfər yaralanıb.

Bununla da, İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 11 699 nəfər ölüb, 42 542 nəfər yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 64 231, yaralıların sayı isə 161 583 nəfərə çatıb.

İsgəndər Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
1
525.az

2Mənbələr