AZ

Sinəsinə top dəyən qapıçı ÖLDÜ

Daha çox Pikse kimi tanınan qapıçı Antonio Edson dos Santos Souza şimal-şərqdəki Para (Braziliya) ştatının Auqusto Korrea bələdiyyəsində futzal üzrə həvəskarlar turniri zamanı penalti zərbəsini dəf etdikdən qısa müddət sonra dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb topun onun sinəsinə dəyməsi olub. Edsonun komandasına qarşı penalti təyin olunub, qapıçı komandasını xilas etsə də, top onun döş qəfəsinə dəyib. Bundan sonra o, qəfil özünü pis hiss edib və yıxılıb. İdmançı təcili xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər.

Ölümün dəqiq səbəbi açıqlanmayıb.

Seçilən
66
2
bakivaxti.az

3Mənbələr