AZ

Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşı imiş...

Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşı imiş...

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AFN.az "Modern.az”a istinadən xəbər verir ki, Hüseyn Hüseynov Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır.

Cütlüyün iki övladı var.

Qeyd edək ki, Hüseyn Hüseynov 19 aprel 2021-ci ildən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.

Seçilən
1
8
afn.az

10Mənbələr