AZ

Ernest Heminqueyin oğlu dünyasını dəyişdi


Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin kiçik oğlu, amerikalı yazıçı Patrik Heminquey 97 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə New York Times (NYT) mərhumun yaxınlarına istinadən məlumat yayıb.
“Yazıçı Ernest Heminqueyin ikinci oğlu Patrik Heminquey çərşənbə axşamı Montana ştatının Bozeman şəhərindəki evində vəfat edib. Onun 97 yaşı var idi”, - məqalədə deyilir.
Qeyd edək ki, Heminqueyin oğlu atasının “Həqiqətin baxışları” kitabını ölümündən sonra tamamlayıb və 1999-cu ildə nəşr etdirib. 
Üç il əvvəl Patrik Heminquey atası ilə otuz il ərzində davam edilən 120 məktubdan ibarət toplu nəşr edib. 
Seçilən
71
yeniavaz.com

1Mənbələr