AZ

Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi

ain.az, Sitat.info saytına istinadən bildirir.

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Sitat.info  AZƏRTAC-a istinadən bildirir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.

60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
12
sitat.info

10Mənbələr