AZ

İsrail Qəzzanın 40 faizinə nəzarət edir

İsrail Ordusu Qəzza şəhərinin 40 %-nə nəzarəti ələ keçirib və hücum əməliyyatlarını davam etdirmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin bildirib.

"Bu gün Qəzza şəhərinin 40 %-ni nəzarətimizdə saxlayırıq. Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək", - o deyib.

Defrinin sözlərinə görə, İsrail radikal Fələstinin HƏMAS hərəkatının silahlı birləşmələrinə hücumunu daim artırmaq niyyətindədir.

"HƏMAS məğlub olana qədər ona təzyiqləri artıracağıq. Onları hər yerdə təqib edəcəyik", - general vurğulayıb.

Seçilən
63
10
operativmedia.az

10Mənbələr