Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə töhfəsi yaxın həftələrdə müəyyən ediləcək. Bu barədə Amerika lideri Donald Trampla razılaşdırılıb.
AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Parisdə “istəklilər koalisiyası”nın iclasından sonra mətbuat konfransında bildirib:
"Biz Amerika prezidenti ilə danışdıq. Nəticələr belədir: yaxın həftələrdə Amerikanın bu koalisiyaya töhfəsinin nə olacağını dəqiq müəyyənləşdirəcəyik, onu yekunlaşdıracağıq. Avropa ölkələrindən, Asiya-Sakit okean regionundan və Kanadadan töhfələr də həmçinin. Müharibəyə son qoymaq üçün əsas və ikinci dərəcəli öhdəlikləri müəyyən etdik", - deyə Makron qeyd edib.
O əlavə edib ki, amerikalılar və ruslar arasında gələcək təmaslar olacaq və bütün siqnallar reallığa çevrilməlidir:
"Biz təhlükəsizlik zəmanətləri üzrə işi davam etdirəcəyik. Yaxın günlərdə biz bütün bunları ABŞ-la razılaşdırıb yekunlaşdıracağıq, təhlükəsizlik monitorinqi haqqında danışacağıq və gələcəkdə siyasi mətnlər hazırlamalı olacağıq". Makron vurğulayıb ki, davamlı sülh haqqında saziş və Ukraynaya dəstək üzrə bir sıra ikitərəfli sazişlər hazırlanacaq.