2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları baş tutub.
Arena.az xəbər verir ki, A, G, J və E qrupunda ümumilikdə 8 qarşılaşma gerçəkləşib.
A qrupunda yer almış Almaniya millsi ilk görüşündə Slovakiyanın qonağı olub və gözlənillməz məğlubiyyətə üzülüb.
E qrupunda qərarlaşmış Türkiyə yığması birinci matçında səfərdə Gürcüstanla üz-üzə gəlib və çətin qələbəyə sevinib.
DÇ-2026-nın seçmə mərhələsi
4 sentyabr
A qrupu
Slovakiya – Almaniya 2:0
Qollar: Hansko, 42. Ştreleç, 55.
Lüksemburq – Şimali İrlandiya 1:3
Qollar: Dardari, 30 – Rid, 7. Çarlz, 46. Devenni, 69.
Xallar: Şimali İrlandiya – 3. Slovakiya – 3. Lüksemburq – 0. Almaniya – 0.
G qrupu
Litva – Malta 1:1
Qollar: Gineitis, 90+6-pen – Satariano, 83.
Niderland – Polşa 1:1
Qollar: Dumfris, 28 – Kaş, 80.
Xallar: Niderland – 7. Polşa – 7. Finlandiya – 7. Litva – 3. Malta – 2.
J qrupu
Qazaxıstan – Uels 0:1
Qol: K.Mur, 24.
Lixtenşteyn – Belçika 0:6
Qollar: De Kuyper, 29. Tilemans, 46; 70-pen. Teate, 60. De Bröyne, 62. Fofana, 90+1.
Xallar: Uels – 10. Şimali Makedoniya – 8. Belçika – 7. Qazaxıstan – 3. Lixtenşteyn – 0.
E qrupu
Gürcüstan – Türkiyə 2:3
Qollar: Z.Davitaşvili, 63. K.Kvaratsxeliya, 90+8 – M.Müldür, 3. K.Aktürkoğlu, 41; 52.
Bolqarıstan – İspaniya 0:3
Qollar: Oyarzabal, 5. Kukurelya, 30. Merino, 38.
Xallar: İspaniya – 3. Türkiyə – 3. Gürcüstan – 0. Bolqarıstan – 0.