AZ

Kaftarlar kişini çadırdan çıxarıb parçalamağa çalışdı

BAKI, 5 sentyabr. TELEQRAF

Cənubi Afrika Respublikasında (CAR) iki kaftar yatan gənci çadırdan çıxarıb parçalamağa çalışıb.

Teleqraf xəbər verir ki, 27 yaşlı Nikolas Houls dostunun məclisində əyləndikdən sonra çadırında yatıb.

O, havalandırma üçün çadırın qapısını tam bağlamayıb.

Bir müddət sonra böyük bir kaftar burnunu çadıra soxaraq, Houlsu tutub və sürüyərək bayıra çıxarıb. Orada kişiyə daha bir kaftar hücum edib və başından yapışıb. Houls qışqırmağa və müqavimət göstərməyə başlayıb. O, bir kaftarın ağzını bağlaya bilməməsi üçün əlini onun boğazına soxub.

Houlsun qışqırığına atası gəlib. Bundan sonra kaftarlar potensial şikarlarını buraxıb və qaçıblar. Gənc oğlan baş, üz, qol və ayaqlarından ağır xəsarətlər alıb. Ümumilikdə onun baş və ətraflarına 70-dən çox tikiş qoyulub. Bundan əlavə, ona plastik cərrahların köməyi lazım olub.

Seçilən
58
teleqraf.com

1Mənbələr