AZ

Venesuelanın F 16 ları ABŞ təyyarədaşıyan gəmisi üzərində uçdu

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Venesuelaya məxsus iki silahlı F-16 qırıcısı Amerikanın USS Jason Dunham təyyarədaşıyan gəmisi üzərində uçub.

Doğru.az xəbər verir ki, CBS News-in məlumatına görə, bu hərəkətlər “güc nümayişi” kimi qiymətləndirilir. Təyyarədaşıyan gəminin bu uçuşa cavab olaraq hansı addımlar atdığı barədə məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan gələn təhlükəyə cavab olaraq Bolivar Milli Milislərinin səfərbər olunduğunu açıqlamışdı. Daha sonra ABŞ prezidenti Donald Tramp Venesuelanın Tren de Araqua narkotik kartelinin 11 üzvünün dənizdə məhv edildiyini bildirmişdi.

Venesuela isə ABŞ-ın narkotik daşıyan gəmiyə zərbə endirilməsi ilə bağlı bəyanatının doğruluğunu şübhə altına alıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
1
dogru.az

2Mənbələr