GƏNCƏ, 5 sentyabr. TELEQRAF
Gəncə şəhərində gərdi yaşayış evlərindən birində yanğın olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 4 otaqlı evdə yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.
Hadisə zamanı evdə olan 1955-ci il təvəllüdlü Əli Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Validə Məmmədova tüstüdən zəhərlənib.
Zərərçəkənlərə tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.