AZ

DÇ-2026: Final mərhələsinin ilk 16 iştirakçısı bəlli oldu

BAKI, 5 sentyabr. TELEQRAF

Ötən gecə 2026-cı il dünya çempionatının finalına vəsiqə qazanan daha üç ölkənin adı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bunlar Kolumbiya, Paraqvay və Ekvadordur.

Bununla da turnirin finalına vəsiqə qazanan ölkələrin sayı 16-ya çatıb. Daha əvvəl final mərhələsində iştirak hüququnu Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, eləcə də mundiala ev sahibliyi edən Kanada, ABŞ və Meksika təmin etmişdi.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 yığma iştirak edəcək.

Seçilən
82
2
teleqraf.com

2Mənbələr