ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını dəyişmək niyyətindədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın planına görə, qurumun adı “Müharibə Nazirliyi” olacaq.
Sözügedən proses prezident fərmanı ilə rəsmən başlanacaq, lakin bunun üçün Konqresin də təsdiqi tələb olunur.
Qeyd edək ki, “Müharibə Nazirliyi” ilk dəfə 1789-cu ildə yaradılıb. İkinci Dünya müharibəsindən iki il sonra – 1947-ci ildə qəbul edilən qanunla qurumun adı “Müdafiə Nazirliyi” olaraq dəyişdirilib.