AZ

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in mətbuat xidmətinin regional qrupundan Ekologiya.az-a bildirilib ki, qaynaq işləri apararkən ehtiyatsızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Seçilən
12
26
ekologiya.az

10Mənbələr