AZ

DÇ-2026: Argentina və Braziliyadan 3 cavabsız qol

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 17-ci turun görüşləri baş tutub.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Lider Argentina millisi doğma meydanda Venesuela yığması ilə qarşılaşıb. Lionel Messinin dubla imza atdığı görüşdə komandası darmadağına sevinib.

Beşqat dünya çempionu Braziliya millisi də autsayder Çilini darmadağın edib. Uruqvay – Peru və Kolumbiya – Boliviya görüşlərində də meydan sahibləri 3 xalı 3 cavabsız qolla qazanıblar. Yalnız Paraqvay – Ekvador görüşündə qapılara qol vurulmayıb. Bu heç-heçə Paraqvaya ilk “altılıq”da yerini rəsmiləşdirməyə bəs edib.

Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci-altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
17-ci tur
5 sentyabr

Argentina – Venesuela 3:0
Qollar: Messi, 39; 80. L.Martines, 76.

Braziliya – Çili 3:0
Qollar: Estevan, 38. L.Paketa, 72. B.Gimaraynş, 76.

Uruqvay – Peru 3:0
Qollar: Aqirre, 14. Arraskaeta, 58. Vinyas, 80.

Kolumbiya – Boliviya 3:0
Qollar: X.Rodriqes, 31. X.Kordoba, 74. X.Kintero, 83.

Paraqvay – Ekvador 0:0

Xallar: Argentina – 38. Braziliya – 28. Uruqvay – 27. Ekvador – 26. Kolumbiya – 25. Paraqvay – 25. Venesuela – 18. Boliviya – 17. Peru – 12. Çili – 10.

Seçilən
90
arena.az

1Mənbələr