Çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödəyən Bakı sakini aldadıldığını iddia edir.
Moderator.az Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Elman Məmmədovun başına gəlib.
Elman Məmmədov "Çinar" MTK-dan mənzil almaq üçün 24 min manat ilkin ödəniş etdiyini, 4 ay ərazində isə ümumilikdə 6 min manat ödədiyini deyir. Ödənişləri də sənədlər əsasında etdiyini bildirir.
Daha sonra MTK sədri dəyişib və yeni sədr onun sənədlərinin saxta olduğunu bildirib.
Elman Məmmədovun sözlərinə görə, oxşar halla bağlı onun kimi bir neçə şikayətçi var.
Məsələ ilə bağlı "Çinar" MTK-nın sədr əvəzi Abbas Dadaşov bildirdi ki, əvvəlki rəhbərlik xeyli adamı aldadıb.
Hüquqşünaslar isə bildirirlər ki, pul ödəyib bünövrədən ev alan şəxs bu cür halla qarşılaşdıqda məhkəməyə müraciət etməli, məsələyə orada hüquqi qiymət verilməlidir.