AZ

15 nəfərin ölümü ilə nəticələnən QƏZA

Yazını böyüt
Yazını kiçilt

Şri-Lankanın cənubunda avtobusun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə "Adaderana" portalı məlumat yayıb.

Qeyd olunur ki, faciə havanın qaranlıq vaxtı Ella şəhərindən çıxışda əsas yolda baş verib. Avtobus magistraldan çıxaraq uçuruma yuvarlanıb. Hadisə vaxtı nəqliyyat vasitəsində ümumilikdə 30 sərnişin olub.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
48
1
hafta.az

2Mənbələr