AZ

Rusiya özünə də təhlükəsizlik zəmanəti istəyir: Hər şey İstanbulda razılaşdırılıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, təhlükəsizlik zəmanəti həm Ukraynaya, həm də Rusiyaya verilməlidir.

Publika.az xəbər verir ki, Peskov bu barədə Şərq İqtisadi Forumunda “RİA Novosti”yə müsahibəsində bildirib.

"Axı, bu münaqişənin əsas səbəblərindən biri nə idi? Ölkəmiz üçün təhlükəsizlik təminatlarının əsasları pozulmağa başladı, Ukrayna NATO-ya sürükləndi. Həm də NATO-nun hərbi infrastrukturu bizim sərhədlərimizə doğru irəliləməyə başladı. Və təbii ki, nizamlanma prosesi zamanı bu təminatlar bizə və ukraynalılara verilməlidir", - Peskov əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, xarici hərbi kontingentin olması ilə təminat verilə bilməz. “Bu, Ukraynanın təhlükəsizliyinə təminatla yekunlaşa bilməz. Belə nəticə bizi qane etmir”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Seçilən
19
4
publika.az

5Mənbələr